-
- 22-02-2019, 17:58
- 854
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, fevralın 23-24-də bu bölgədə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.