Yeni doğulmuş körpələri öpmək təhlükəlidir
    • Bu gün, 12:44
    • 124

Yeni doğulmuş körpələri öpmək təhlükəlidir

İngiltərədə işləyən Dr. Karan Raj, TikTok-dakı paylaşımında körpələri öpməyin sağlamlıq risklərini gündəmə gətirib və valideynləri bu mövzuda daha diqqətli olmağa çağırıb.

News24.az xəbər verir ki, yeni doğulmuş körpələrin immun sistemi hələ tam inkişaf etmədiyi üçün böyüklərdə sadə infeksiyalara səbəb olan mikroblar körpələrdə çox daha ciddi sağlamlıq problemləri yarada bilər.

Xüsusilə ilk üç ayda körpələrin immun sistemindəki müdafiə hüceyrələri məhdud olur və bu, onları infeksiyalara qarşı həssas edir.

Körpələrə sevgi göstərmək vacib olsa da, valideynlər ziyarətçilərə körpələrini öpməmələri barədə xəbərdarlıq etməkdən çəkinməməlidirlər. Körpənin sağlamlığı ilə həqiqətən maraqlanan bir ziyarətçi bu cür istəklərdən inciməməlidir.

Onu da qeyd edək ki, körpəni öpmək istəyən insanlar infeksiya riskini minimuma endirmək üçün əllərini yaxşıca yumalı, körpənin üzünü və ağzını öpməməli, soyuqdəymə, herpes kimi infeksiya halında maska ilə yaxınlaşmalıdır.

Günel Məlikzadə