-
- 15-06-2023, 19:56
- 294
İran prezidentinin xanımı qadınların maariflənməsini istəmir
İran hökumətinin qadınların təməl hüquqlarına qarşı siyasəti ölkə rəhbərliyinin zövcələrinə də sirayət edib. Bu baxımdan prezident İbrahim Rəsinin həyat yloldaşının dedikləri cəmiyyətdə və xaricdə şok effekti yaradıb.
News24.az xəbər verir ki, İran prezidentinin xanımı, Məşhədin imam-cüməsinin qızı Cəmilə Ələm əl-Hadi Venesuela telekanalına müsahibəsində “kişi kimi” oxumağı, işləməyi və yaşamağı zorakılıq nümunəsi adlandırıb. İran hökumətindəki fundamentalistlərin “alim” adlandırdığı xanım Ələm əl-Hadi həyat yoldaşı İbrahim Rəisi ilə Latın Amerikasına səfəri çərçivəsində belə “müdrik” ifadə ilə fərqlənib.
“Biz qadınların qadın olaraq qalmasını istəyirik. Niyə biz kişi kimi oxumalıyıq, işləməliyik və yaşamalıyıq? Bu, zorakılıq nümunəsidir”, - İranın birinci xanımı deyib.
Universitetdə “professor” işləyən Cəmilə Ələm əl-Hadi əslində bununla İran cəmiyyətində qadınların mövqeyini müdafiə etdiyini bildirib. O, ümumiyyətlə, bütün dünyada, o cümlədən İranda qadınların illərdir kişilərlə bərabər hüquqlara nail olmağa çalışdıqlarını və son illərdə bu sahədə mühüm nailiyyətlər qazandıqlarını iddia edib.
İran prezidentinin xanımı, həmçinin 9 ayda ölkəsində yaşana bütün hadisələrə görə məsuliyyəti medianın və ABŞ-ın üzərinə ataraq, hökumətin digər tərəfdarları kimi hər şeyi Vaşinqtonun sui-qəsdi kimi qələmə verib.
Təəssüf ki, türklərin tarix boyu İranın düşmənləri sırasında olduğunu bəyan edən Cəmilə Ələm əl-Hadi bunun arxasında kimlərin dayandığını deməyib.