İran Prezidenti Baydenlə görüşmək istəmir
    • 17-09-2022, 10:35
    • 436

İran Prezidenti Baydenlə görüşmək istəmir

İranın Prezidenti İbrahim Rəisi ABŞ-ın “CBS” telekanalına müsahibəsində qeyd edib ki, BMT Baş Assambleyası çərçivəsində amerikalı lider Co Baydenlə görüşü məqsədəuyğun saymır.

News24.az xəbər verir ki, Rəisi belə bir görüşün keçirilmə ehtimalının az olduğunu bildirib.

“Hesab etmirəm ki, onunla görüş və ya söhbət məqsədəuyğun olacaq”, - deyə İran lideri qeyd edib.

 O, vurğulayıb ki, Bayden ABŞ-ın sabiq lideri Donald Tramp kimi İrana qarşı eyni siyasəti yürüdür.

Qeyd edək ki, ABŞ sentyabrın 9-u İranın kəşfiyyat və milli təhlükəsizlik naziri İsmayıl Hatibəyə qarşı sanksiya tətbiq edib.