"Ən böyük səhvimiz bəlkə də orduya inam idi" - Paşinyan
    • 15-06-2023, 21:27
    • 242

"Ən böyük səhvimiz bəlkə də orduya inam idi" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan orduya inamın böyük səhv olduğunu deyib.

News24.az xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistan parlamentində çıxışı zamanı deyib.

"Biz ordu üçün heç nəyi əsirgəmədik və ordumuza güvəndik. Üstəlik, biz siyasi əlaqələri bilirdik, bəzi şeylərə göz yumurduq. 2018-ci ildən bu günə kimi elə bir hal olmayıb ki, ordumuzda hökumət "pul yoxdur" dediyi üçün nəsə baş verməsin. Mümkün deyil. Bəlkə bizim ən böyük səhvimiz orduya inam olub?”, - deyə Paşinyan sual edib.