-
- 16-06-2023, 15:34
- 398
Azərbaycanın alüminium ixracından gəlirləri 25% azaldı
Bu ilin yanvar-may aylarında Azərbaycan 91 266,46 min ABŞ dolları dəyərində 34 094,81 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən News24.az-a bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25% azalıb, həcmi isə 4,1% artıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,9% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib.