-
- 16-06-2023, 18:22
- 526
Son 5 ildə Azərbaycanın qeyri-neft məhsullarının ixrac dəyəri açıqlandı
Son 5 il ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 11,3 milyard ABŞ dolları təşkil edib.
Bu barədə News24.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Bildirilir ki, hesabat dövründə qeyri-neft ixracının ümumi ixracda payı 10 %-ə çatıb.
2018-ci ildə Azərbaycanın qeyri-neft məhsullarının ixrac dəyəri 2017-ci illə müqayisədə 11,5 % artaraq 1,72 milyard ABŞ dolları, 2019-cu ildə 2018-ci ilə nisbətən 13,9 % artaraq 1,95 milyard ABŞ dolları, 2020-ci ildə 5,7 % azalaraq 1,84 milyard ABŞ dolları, 2021-ci ildə 2020-ci illə müqayisədə 47,3 % artaraq 2, 71 milyard ABŞ dolları, 2022-ci ildə sə 2021-ci ilə nisbətən 12,3 % artaraq 3,05 milyard ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan 1 milyard 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.Təkcə may ayında isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.