Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir
    • 16-06-2023, 15:50
    • 264

Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir

Avtomobil nəqliyyatı parklarına dair yeni tələb müəyyənləşir.

News24.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtomobil nəqliyyatı parklarının yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Müvafiq yol-nəqliyyat, sosial, mədəni, ictimai-iaşə, inzibati mühəndis-kommunikasiya təminatı və digər bu kimi xidmətlərin kompleks qaydada təmin edilməsi məqsədilə avtomobil nəqliyyatı parkları yaradıla bilər.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.