Azərbaycanda avtomobil nəqliyyatı ilə YÜKDAŞIMALAR AZALDI
    • 14-06-2021, 18:12
    • 1 010

Azərbaycanda avtomobil nəqliyyatı ilə YÜKDAŞIMALAR AZALDI

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 43,3 mln. ton yük, 445,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3% və 18% azdır.

Sərnişinlərin 91,6%-i avtobus, 8,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 13,2%, sərnişin dövriyyəsi isə 12% azalıb.