İrəvan bu ölkəni Bakıya qarşı qoymaq istəyir - Korotçenko Paşinyanın hiyləsini açıqladı
    • 16-06-2023, 17:13
    • 401

İrəvan bu ölkəni Bakıya qarşı qoymaq istəyir - Korotçenko Paşinyanın hiyləsini açıqladı

“Ermənistanın silahlı təxribatları proqnozlaşdırılan idi. Əvvəlki şərhlərimdə dəfələrlə demişdim ki, belə təxribatlar olub, olur, olacaq da. Azərbaycan buna hazır olmalıdır, təkcə siyasi və diplomatik üsullarla deyil, həm də güclə cavab versin”. 

News24.az xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, Rusiya, Türkiyə və Azərbaycanın Ermənistan-Azərbaycan nizamlanmasındakı vəziyyəti daha proqnozlaşdırıla bilən, şəffaf etmək, İrəvanla Bakının mövqelərini yaxınlaşdırmaq üçün göstərdiyi səylər fonunda Ermənistanın son günlər etdikləri bu istiqamətdə hər hansı razılaşmaları pozmaq, inkar etmək cəhdidir: “Bütün bunlar Ermənistanın eyni təxribat siyasətinin davamıdır. İrəvan nəinki Rusiya və Azərbaycanla əldə edilmiş razılaşmaları pozmaq, hətta vəziyyətin məhdud və ya tammiqyaslı hərbi münaqişəyə çevriləcəyi təqdirdə özü üçün müəyyən üstünlükləri təmin etmək üçün hər şeyi edir”.

Korotçenko qeyd edib ki, Ermənistan tərəfinin guya hindistanlı fəhlələrin yaralanması ilə bağlı tirajladığı xəbərlər hiylədir: “Ermənistanın Azərbaycanı Hindistana qarşı qoymaq cəhdi göz qabağındadır. İrəvan Hindistana həm diplomatik, həm də siyasi yolda, həm də Yeni Dehlidən müasir zərbə silahları almaq cəhdlərinin bir hissəsi kimi diqqətini cəmləyir. Prezident İlham Əliyev Bakıda Pakistanın Baş naziri ilə görüşüb. Belə olan halda Ermənistanın təxribatı situasiyaya tam uyğun gəlir: Hindistanla Pakistan arasında ziddiyyətli, qarşıdurma münasibətlərinin kartı oynanılır. İrəvanın geosiyasi məqsədləri bəllidir: Hindistanı Azərbaycana qarşı qoymaq”.

Akqabay