Putin dəhşətli rəqəmi açıqladı - Ukraynanın itkiləri...
    • 16-06-2023, 17:58
    • 258

Putin dəhşətli rəqəmi açıqladı - Ukraynanın itkiləri...

"Xüsusi əməliyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin itkilərindən 10 dəfə çoxdur".

News24.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin "Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu"nda çıxışı zamanı bildirib.

“Həqiqətən də onların itkiləri əhəmiyyətlidir - Rusiya ordusu ilə müqayisədə itkiləri 10 dəfə çoxdur. Bu faktdır”,- deyə Rusiya prezidenti bildirib.

Putin həmçinin qeyd edib ki, Ukraynanın əks-hücum əməliyyatının başlanması zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri 186 tank və 418 zirehli texnika təşkil edib. Rusiya lideri eyni zamanda Ukrayna ordusunun itkilərinin hər gün artdığını da qeyd edib.

Rusiya liderinin sözlərinə görə, müdafiə sənayesi hərbi təyinatlı məhsulların istehsal tempini 2,7 dəfə, ən çox tələb olunan əşyalar üzrə isə 10 dəfə artırıb.

Qumral