Rusiyanın müharibədəki yeni itkiləri - Siyahı
    • 25-05-2022, 12:50
    • 364

Rusiyanın müharibədəki yeni itkiləri - Siyahı

Rusiya Ukraynada hərbi əməliyyata başladığı tarixdən bu günə qədər artıq 29 450 hərbçi itirib.

News24.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Məlumata görə, fevralın 24-dən mayın 25-nə qədər Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinə məxsus 1305 tank, 3213 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə vasitəsi, 206 təyyarə, 170 helikopter, 491 pilotsuz uçuş aparatı, 112 qanadlı raket, 13 gəmi/qayıq, 2217 avtomobil texnikası, eləcə də 44 xüsusi texnika sıradan çıxarıb.