“Bir zənglə sülhə nail olmaq mümkündür”
    • 16-06-2023, 18:39
    • 353

“Bir zənglə sülhə nail olmaq mümkündür”

“Yalnız bir zənglə sülhə nail olmaq mümkündür”.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O qeyd edib ki, sülh üçün Rusiya qoşunlarının xarici ölkənin suveren ərazisindən çıxarılması barədə əmr verməsi kifayətdir: “Bundan sonra isə danışa bilərik”.

M.Podolyak, həmçinin, bildirib ki, Rusiyanın qanadlı və ballistik raketlərlə Ukraynaya hücumlarını davam etdirdiyi bir vaxtda sülh və dialoq çağırışları ikiüzlü təbliğat blefindən başqa bir şey deyil.

Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynada vəziyyəti tənzimləmək üçün bütün ideyaları müzakirə etməyə hazırdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.