Ölkəni könüllü tərk edən immiqrantlara 3 min dollar veriləcək

Ölkəni könüllü tərk edən immiqrantlara 3 min dollar veriləcək Dünya

ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) ilin sonuna qədər ölkəni “könüllü olaraq tərk edən” qanunsuz immiqrantlar üçün maliyyə təşviqinin 3 min dollara qədər artırıldığını açıqlayıb.

News24.az xəbər verir ki, ICE bununla bağlı X sosial şəbəkəsində video paylaşıb.

Süni intellektlə hazırlanmış videoda santa klaus obrazında ICE əməkdaşının qanunsuz immiqrantları saxlayaraq deportasiya etməsi təsvir olunub. Açıqlamada könüllü gediş üçün ödənilən məbləğin artırıldığı bildirilib.

Qeyd edək ki, Prezident Donald Tramp administrasiyası qanunsuz immiqrantların “CBP Home” tətbiqi vasitəsilə ölkəni könüllü tərk etməsi üçün əvvəlcə 1000 dollar təşviq təklif edirdi.