Daşkəsəndə dəhşət: həmkəndlisi 58 yaşlı kişini baltaladı
    • 17-06-2023, 00:36
    • 220

Daşkəsəndə dəhşət: həmkəndlisi 58 yaşlı kişini baltaladı

Daşkəsəndə 58 yaşlı kişiyə balta ilə xəsarət yetirilib.

Hadisə rayon Qabaqtəpə kəndində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü M.Qurbanov həmkəndlisi ilə mübahisə zəminində hər iki qolundan kəsici xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Zərərçəkmişin dediyinə görə, həmkəndlisi mübahisə zəminində balta ilə ona xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır. /Report/