Şəmkirdə ər arvadına kəsici alətlə xəsarətlər yetirdi
    • 4-01-2023, 23:39
    • 224

Şəmkirdə ər arvadına kəsici alətlə xəsarətlər yetirdi

Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarət yetirilib.

Rayon sakini, 1984-cü il təvəllüdlü A.Babayevanı həyat yoldaşı ailədaxili münasibətlər zəminində döyüb, daha sonra qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirib.

Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/