-
- 17-06-2023, 13:09
- 251
"Son 3 ildəki hadisələr Azərbaycan tibb işçiləri üçün sınaq və imtahan oldu"- Nazir
"Son 3 ildəki hadisələr Azərbaycan tibb işçiləri üçün sınaq və imtahan oldu. Tibb işçiləri bu sınaqdan da üzü ağ çıxmağı bacardılar. Fədakarlıqlarına görə bütün tibb işçilərinə təşəkkür edirəm".
News24.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.
44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını xatırladan nazir bildirib ki, həmin müddətdə ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.
T.Musayev qeyd edib ki, Azərbaycan səhiyyəsində əhalinin sağlamlığının qorunması hər zaman Ulu Öndər Heydər Əliyevin diqqətində olub: "Səhiyyənin maddi-texniki bazasının qurulması üçün geniş miqyaslı layihələr icra olunub, yüksək ixtisaslı kadrların hazırlanmasında da Heydər Əliyevin danılmaz xidmətləri olub. Səhiyyə sisteminin hərtərəfli inkişafı üçün bir çox işlər görülüb".
Onun sözlərinə görə, özəl sektorun səhiyyənin inkişafında payı da danılmazdır: "Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində bu gün ölkəmiz hər sahədə inkişaf edir. Səhiyyə sahəsinin inkişafı da əsas hədəflərdəndir".