Azərbaycan komandasının ən bahalı və ən ucuz futbolçusu
    • 18-06-2023, 10:30
    • 130

Azərbaycan komandasının ən bahalı və ən ucuz futbolçusu

Dünyanın məşhur saytlarından olan “Transfermarkt”də Azərbaycan-Estoniya matçının prevyusu yer alıb.

News24.az xəbər verir ki, səhifədə millilərin indiyə qədər öz aralarındakı oyunların nəticələri, heyətdəki futbolçuların ümumi dəyəri, ortalama yaş həddi və ayrı-ayrı futbolçuların transfer qiyməti göstərilib.

Hər nə qədər qəribə görünsə də, Azərbaycan seçməsinin heyətində ən bahalı futbolçu Renat Dadaşovdur. İsveçrə “Qrasshoppers”inin şərəfini qoruyan 24 yaşlı hücumçunun dəyəri 1,6 milyon avrodur.

İkinci sırada ölkəmizin ən adlı-sanlı futbolçularından hesab olunan Emin Mahmudov dayanıb. “Neftçi”nin kapitanının qiyməti 1,4 milyon avrodur.

Üçüncü sıranın sahibi Ramil Şeydayevdir. “Qarabağ”ın heyətində Premyer Liqanın bombardiri adını qazanan 27 yaşlı forvarda 1,2 milyon avro qiymət qoyulub.

Musa Qurbanlı 1 milyon avroyla dördüncü sırada qərarlaşıb.

Yığmamızın ən ucuz futbolçusu Emil Balayevdir. Qapıçının dəyəri 250 min avrodur. (sportinfo.az)