-
- 18-06-2023, 13:02
- 226
Lev Trotskinin nəvəsi Mexikoda vəfat etdi
Keçmiş SSRİ-nin dövlət xadimlərindən, ordu qurucularından biri Lev Trotskinin nəvəsi Vsevolod Volkov Meksikanın paytaxtı Mexiko şəhərində 97 yaşında vəfat edib.
News24.az report-a istinadən xəbər verir ki, bu barədə Meksika Sol Sosialist Hərəkatı məlumat yayıb.
O, sovet inqilabçısının qətlinin sonuncu şahidi olub.
"Ömrünün son illərində rus inqilabçısını müşayiət edən, babasının tarixini və onun ideyalarını müdafiə etməkdə ən fədakar insanlardan biri olan Lev Trotskinin nəvəsi 97 yaşında dünyasını dəyişib", - hərəkatın saytında deyilir.
L.Trotskinin böyük qızı Zinaida Volkovanın oğlu Vsevolod Volkov 1926-cı il martın 7-də SSRİ-də anadan olub. Onun atası edam olunub, anası intihar edib, Vsevolod yetim qalıb, əmisi Lev Sedovla Parisdə yaşayıb.
Volkov və babası Meksikaya 1939-cu ildə gediblər. O, 1940-cı ildə Trotskiyə iki dəfə sui-qəsd cəhdinin şahidi olub, birinci hadisə zamanı özü də yüngül yaralanıb.
Volkov Meksikada kimya üzrə təhsil alıb və yerli sosialist hərəkatında iştirak edib. 1990-cı ildə paytaxtın Koyoakan rayonunda nənə və babasının evində L.Trotskinin Ev Muzeyini açıb. Volkov ölümünə qədər muzeyə rəhbərlik edib.