Britaniya kraliçasının həyat yoldaşı şahzadə Filip DƏFN EDİLİR
    • 17-04-2021, 13:12
    • 509

Britaniya kraliçasının həyat yoldaşı şahzadə Filip DƏFN EDİLİR

Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Fillip aprelin 17-də dəfn edilir.

Məlumatı BBC yayıb. Bildirilib ki, mərasim Vindzorda Müqəddəs gerogi kilsəsində keçirilir.
Qeyd edək ki, şahzadə Filipp 2021-ci il aprelin 9-da 99 yaşında vəfat edib.
Xatırladaq ki, Şahzadə Filip Mauntbetten 1921-ci il iyunun 10-da Yunanıstanın Kerkira şəhərində anadan olub. O, Yunanıstan kralı I Georqun nəvəsi, Böyük Britaniyanın kralıçası II Elizabetin həyat yoldaşıdır. Onun ailəsi 1922-ci ildə Yunanıstandan sürgün edilib. Onlar Fransanın paytaxtı Parisə yerləşiblər. 1928-ci ildə qohumları Filipi Londona yola salıblar. 1933-1935-ci illərdə o, Almaniyada, sonra Şotlandiyada məktəbə gedib. 1939-1940-cı illərdə isə Filip Dartmutda Böyük Britaniya Krallığının Hərbi-Dəniz Kollecində təhsil alıb. Təhsi aldığı müddətdə 4-cü nəsil əmisi qızları Elizabet və Marqaretlə tanış olub. 1947-ci il iyulun 10-da Filip Elizabet ilə nişanlanıb, noyabrın 20-də isə kəbinləri kəsilib./Report/