-
- 19-06-2023, 14:48
- 231
ABŞ və Çin nə barədə razılığa gəliblər?
Pekində Çin sədri Si Cinpinlə ABŞ dövlət katibi Entoni Blinken arasında danışıqlar başlayıb.
News24.az xəbər verir ki, Si Cinpin Blinken ilə bu gün keçirdiyi görüşdə o, münasibətlərin sabitləşməsinə diqqət yetirildiyini vurğulayıb.
“Prezident Si Cinpin deyib ki, dövlətlər arasında qarşılıqlı fəaliyyət həmişə qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır. O, dövlət katibi Blinkenin səfərinin ABŞ-Çin münasibətlərinin sabitləşməsinə müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib.
Çin lideri ABŞ dövlət katibinin iki günlük səfəri zamanı əldə olunan irəliləyişi yüksək qiymətləndirib və tərəflər bir sıra məsələlər üzrə razılıq əldə ediblər.
Bundan əvvəl beş ildə ilk dəfə Çinə gələn Blinken artıq ÇKP MK-nın Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi və respublikanın xarici işlər naziri Qin Qanqla görüşmüşdü. Onların hər biri amerikalı qonaqla görüşdə ikitərəfli münasibətlərin tarixin ən aşağı səviyyəsinə qədər pisləşməsinə işarə vurub. XİN rəhbəri Çin və ABŞ arasında olan fikir ayrılıqlarının heç kimə sərf etmədiyini qeyd edib və bildirib ki, Pekin Vaşinqtonla sülh və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Vanq Yi hesab edir ki, hazırkı vəziyyətin səbəbi ABŞ-ın Çinə qarşı yanlış siyasətidir.
Akqabay