Bu gün Azərbaycan və Ermənistan nazirləri GÖRÜŞƏCƏK
    • 1-05-2023, 13:10
    • 305

Bu gün Azərbaycan və Ermənistan nazirləri GÖRÜŞƏCƏK

ABŞ dövlət katibi Entoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

News24.az xəbər verir ki,, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.

Bundan əvvəl E.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır./report/