Bakı ilə bu məsələlərdə razılığa gələ bilmirik - Kostanyan
    • 19-06-2023, 15:19
    • 373

Bakı ilə bu məsələlərdə razılığa gələ bilmirik - Kostanyan

“Ermənistan və Azərbaycanın sülh danışıqları çərçivəsində bəzi prinsipial məsələlərlə bağlı hələlik razılığa gələ bilməyib”.

News24.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Söhbət xəritələrdən gedir, onun əsasında sonrakı delimitasiya prosesi, “Qarabağ xalqı”nın təhlükəsizliyi və Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmi məsələləridir. Təəssüf ki, hazırda heç bir razılıq yoxdur, tərəflərin fikirləri bir-birindən kifayət qədər uzaqdır. Bununla belə, işlər davam edir”, - Kostanyan bildirib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində olan 1975-ci il xəritəsi əsasında sərhədin delimitasiya edilməsinin tərəfdarı olduğunu bəyan edib. O qeyd edib ki, İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. İrəvanın israrla bu xəritəni gündəmə gətirsə də, Azərbaycan buna razılıq verdiyini açıqlamayıb.

Akqabay