-
- 19-06-2023, 16:42
- 254
"Sərhədlərin bağlı qalmasında başqa səbəblər var..." – Deputat
Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan etsə də, Azərbaycanda Nazirlər Kabineti xüsusi pandemiya şəraiti ilə bağlı qərarını dəyişməyib.
Son günlər sosial mediada iyulun 1-dən sonra quru sərhədlərin açılması ilə bağlı geniş müzakirələr gedir.
Maraqlıdır, sözügedən tarixdə quru sərhədlərini açılma ehtimalı varmı? Ümumiyyətlə, sərhədlər nə vaxta qədər bağlı qalacaq?
Qeyd edək ki, pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədlər 3 ildir ki, bağlıdır.
Milli Məclisin deputatı Vüqar İsgəndərov Teleqraf.com-a bildirib ki, pandemiya başlayanda ölkələr məcbur olub həm quru, həm də hava sərhədlərini bağladı.
Deputat qeyd edib ki, pandemiyanın fəsadları azaldıqca və ona qarşı mübarizə gücləndikcə, bir çox ölkələr, o cümlədən Azərbaycan hava məkanını açdı: “Azərbaycanda quru sərhədlərin hələ də bağlı olması, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Dəfələrlə həm parlamentdə, həm də mediada bu məsələ ətrafında fikirlərimizi söyləmişik. Əslində heç bir dövlət sərhədinin bağlı olmasını istəməz. Sərhədin bağlı qalması öncə dövlətin iqtisadi cəhətdən gəlirlərinə mənfi təsir edir. Təbii ki, hər bir insanın təyyarə ilə gedib-gəlmək imkanı yoxdur. Bu şəxslər öz səfərlərini quru sərhədlər vasitəsilə həll edirdilər. Bu mənada quru yollarının bağlı olması həm insanların narahatlığını artırır, həm də ölkəyə ziyan vurur. Bunu dövlətimiz anlayır”.
Vüqar İsgəndərovun qənaətincə, bu vaxta qədər quru sərhədlərinin bağlı olması yalnız pandemiya şəraiti ilə bağlı deyil: “Bu səbəblərin açıqlanan və açıqlanmayan tərəfləri var. Virusa yoluxma səviyyəsi çox aşağıdır. Ölkədə infeksion xəstəlik təhlükəsi yoxdur. Demək olar ki, pandemiya ilə mübarizə üsulları arxa planda qalıb.
Əsas məqam təhlükəsizliklə bağlıdır. Hələ də sərhədlərimizdə problemlər mövcuddur. Bəllidir ki, İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra bəzi dövlətlərin ölkəmizə qarşı açıq düşmənçilik siyasəti başladı. Arzulamasaq da İranla bağlı problemlər var. Münasibətlər istədiyimiz səviyyədə deyil, hələ də bu ölkədə səfirliyimiz fəaliyyət göstərmir. Belə bir şəraitdə sərhədlərin açılması ölkəmiz üçün təhlükəli vəziyyət yarada bilərdi.
Bundan əlavə, Naxçıvanın, Qazaxın hələ də erməni işğalında olan kəndləri var ki, bu məsələ də öz həllini tapmalıdır. Bu mənada sərhədlə bağlı Azərbaycan tərəfinin qayğıları var.
Azərbaycan üçün hər şeydən əvvəl vətəndaşlarının təhlükəsizliyi gəlir. Qarşıdakı vaxtlarda sərhədlərin açılmasını gözləyirik. Bu vəziyyət uzun müddət davam edə bilməz. Hər halda məqsədlər var, onlara çatılmalıdır”.