"Quru sərhədlərin açılması müzakirə edilmir və aktual deyil".
    • 28-12-2021, 17:48
    • 440

"Quru sərhədlərin açılması müzakirə edilmir və aktual deyil".

"Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. Ancaq xüsusi icazələrlərlə quru sərhədlərdən keçmək mümkündür. Bunun üçün Operativ Qərargaha müraciət etmək lazımdır. Ancaq hazırda sərhədlərin açılması müzakirə edilmir və aktual deyil".

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.