Ürəktutmadan ölüm halları sürətlə artır — Bəs səbəbi nədir?
    • 20-06-2023, 13:10
    • 255

Ürəktutmadan ölüm halları sürətlə artır — Bəs səbəbi nədir?

Son zamanlarda ürək-damar xəstəlikləri və bu səbəbdən ölüm halları artıb. Cəmiyyətdə xəstəliyin və ölüm halının artmasının səbəblərindən biri kimi koronavirus əleyhinə vurulan peyvəndlər də göstərilir.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan həkim-kardioloq Muxtar Müseyibov bildirib ki, ürəktutmadan ölüm halının səbəbi olaraq koronavirus vaksinin göstərilməsi sadəcə bir iddiadır.

"Ürəktutma səbəbindən ölüm hallarının olmasına praktikamızda tez-tez rastlaşırıq.

Daha öncələr ürək xəstəlikləri bu qədər tez-tez olmurdu. Lakin təəssüflər olsun ki, indi belə xəstələr kifayət qədərdir. Burada bir çox səbəblər var. Bunlardan biri irsiyyətdir. Yəni genetikada bu xəstəlik varsa, risklərdə çoxalır. Az hərəkət, piylənmə, xolestrin ürəktutmadan ölüm riskini artırır. Bundna əlavə tütün və tütün məhsulları da səbəblərdən biridir. Müasir dövrdə hər sahədə olan stress faktoru da müəyyən rol oynayır. Bütün bunların hər birini toplayanda ürək-damar xəstəliklərinin yayılma səbəbi ortaya çıxır.

Cəmiyyətin isə ürəktutmadan ölüm halının səbəbi olaraq koronavirus vaksinini göstərməsi iddiası ilə bizdə rastlaşırıq. Bu bizim üçün təbii ki, bir iddiadır və həkim olaraq iddialar əsasında fikir bildirə bilmərik. Elmi əsaslarla sübut olunan nəticələrə baxırıq. Pandemiya dövründə, İkinci Qarabağ müharibəsi zamanı stressin artması faktoru da müəyyən rol oynayır. COVID-19 virusuna yoluxan zamanı ürək damar xəstəliklərinin olması ilə qarşılaşırıq. Amma konkret olaraq vaksindən sonra ürək-damar xsətəliklərinin artması iddiası araşdırma mövzusudur. Bununla bağlı dəqiq fikir söylənə bilməz", - deyə M.Müseyibov əlavə edib.