-
- Bu gün, 13:55
- 210
Müştəriyə səhvən köçən pulun aqibəti necə olur?
Bəzən bank sistemində texniki nasazlıq səbəbindən müştəridən artıq pul tutulur.
News24.az xəbər verir ki, bəzi hallarda isə müştərinin hesabına əlavə pul yatır. Müştəri isə ya bilərəkdən ya da bilməyərkdən onu xərcləyir.
Bəs bu vəziyyətdə qanun kimin tərəfindədir?
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, bəzi insanlar düşünür ki, əgər səhvən pul köçübsə demək ki, bu bankın günahıdır ona görə xərcləmək olar.
"Amma bu belə tənzimlənmir. Burda vətəndaş həmin məbləği geri qaytarmalıdır. Mülki məcəllədə bu əsassız varlanma hesab olunur. Vəsaiti səhvən köçürən bank onu geri almaq hüququna malikdir. Bank 2 il ərzində həmin pulu geri ala bilər. 2 il ərzinde bank pulla maraqlanmazsa, artıq o məbləğ müştərinin hesab edilir". /Milli.Az