Şuşanın itirilməsi mənim üçün çox ağır oldu — Paşinyan
    • 20-06-2023, 14:18
    • 233

Şuşanın itirilməsi mənim üçün çox ağır oldu — Paşinyan

“Şuşadan davamlı olaraq narahatedici xəbərlər gəlirdi. Xəbərlər gəlməyə başladı ki, Azərbaycan tərəfdən birinci dəstə Şuşaya daxil oldu, sonra ikinci dəstə və s. Sonda noyabrın 7-də günorta Baş İdarənin rəisi Onik Qasparyan mənə Şuşanı itirməyimiz barədə məlumat verdi”. 

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, Şuşanın azad edilməsi onun üçün çox ağır olub: “Bu mənim üçün ağır xəbər oldu. Dedim ki, Şuşanı saxlamaq lazımdır və onun saxlanılacağına dair zəmanət almışam. Dedim: Şuşanı saxlayın, geri götürün. Axırda mənə əks-əməliyyatlar, sonra bəzi uğurlar barədə məlumat verdilər, sonra əməliyyatın yaxşı getdiyini dedilər, sonra dedilər ki, Şuşanın içindəyik. Üçtərəfli bəyanat imzalanmamışdan əvvəl mənə dedilər ki, Şuşanın bir hissəsi bizim nəzarətimizdədir, daha sonra dedilər ki, Şuşada əsgərimiz yoxdur”.

Akqabay