-
- 20-06-2023, 10:55
- 406
Şuşanı itirdik, 25 min əsgərimiz mühasirəyə, Xankəndi isə... — Paşinyan
“2020 noyabrın 9-da mən Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin ikinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanatını imzaladım. Şuşanın itirilməsi bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub”
News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib.
“Təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada vacib olan Şuşanın təkcə simvolik dəyəri deyil, həm də strateji əhəmiyyətidir. Şuşa itirildikdən sonra əslində Xankəndi də hücuma məruz qalacaq, Xocavəndə təzyiq qaçılmaz olacaq, ən əsası isə 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi”, - deyə Paşinyan vurğulayıb.
Akqabay