-
- 20-06-2023, 14:24
- 381
Quru sərhədlər gələn aydan açılacaq?
"Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur".
News24.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir.
"Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1.5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65.7 faizi qonşu ölkələrin vətəndaşlarıdır. Belə ki, turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər. Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb".
O bildirib ki, burada əsas diqqət çəkilməli olan məqam turistlərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir: "Bu o deməkdir ki, ölkəmizə gələn hər üç tursitdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı. Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir".