-
- 20-06-2023, 14:31
- 266
KM-in hakimləri ilə bağlı bu məhdudiyyət aradan qaldırılır
Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyət aradan qaldırılır.
News24.az xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirməsi məqsədi ilə hazırlanıb.
Belə ki, 11-ci maddədə olan dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını, 32-ci və 34-cü maddələrə dair dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə təklif olunan dəyişiklik isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.