“Siti” 61 il sonra bu aqibəti yaşadı
    • Bu gün, 20:08
    • 81

“Siti” 61 il sonra bu aqibəti yaşadı

"Mançester Siti" Çempionlar Liqasının 5-ci tur matçında "Feyenoord"la 3:3 hesabı ilə heç-heçə edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu oyun Pep Qvardiolanın rəhbərlik etdiyi komanda üçün 2 və ya daha çox qol buraxdığı ardıcıl 6-cı qarşılaşma olub.

“Squawka”nın məlumatına görə, "Siti" 61 ildir ki, belə mənfi ardıcıllıq nümayiş etdirməyib.

Xatırladaq ki, "Mançester" əvvəlki 5 matçda məğlub olub ("Tottenhem" - 0:4, "Brayton" - 1:2, "Sportinq" - 1:4, "Bornmut" - 1:2, "Tottenhem" - 1:2).