Mübariz Mənsimov atasının dəfninə gəlməyəcək
    • 20-06-2023, 18:02
    • 323

Mübariz Mənsimov atasının dəfninə gəlməyəcək

Xəbər verdiyimiz kimi, “Palmali Holdinq”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimov vəfat edib. 

News24.az xəbər verir ki, Mübariz Mənsimov atasının dəfn mərasimində iştirak edə bilməyəcək. Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Atamı itirdim. Bir az əvvəl atam dünyasını dəyişdi. Bu gün taleyimə atamı itirəcəyim gün kimi yazılmalı imiş. Bu ağrının nə olduğunu, necə olduğunu sözlə anlatmaq qeyri-mümkündür və mən o fikri də heç yaxına buraxmırdım ki, hansısa bir gündə mən də ata boyda bir dünyadan məhrum olacağam. Sənə dağ demirəm, dünya demirəm, çünki sən əllərinin qabarı, üzünün nuru, nəfəsinin istisi, müdrik məsləhətlərinlə bunlardan böyük idin. Ən çətin anlarımda mənə dayaq, mənim dirəyim idin. Bu gün mən səni itirdim,ata.

Allah sənə rəhmət eləsin! Allah qəbrini nuru ilə şərəfləndirsin. Atam oğlu yanında olmadan torpağa veriləcək. Haqqını halal et, ATA!"