-
- Bu gün, 16:30
- 80
10 milyon manatadək kredit veriləcək
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiqlənib.
News24.az Trend-ə istinadən bildirir ki, sənədə əsasən, agentliyin vəsaitindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin (bundan sonra - kredit) verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatı) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.
Sahibkarlıq subyektlərinə Agentliyin vəsaitindən aşağıdakı hədlərdə kredit vəsaiti verilir:
5 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
50 001 manatdan 1 000 000 manatadək - ortahəcmli kreditlər;
1 000 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.
Agentliyin vəsaiti hesabına hər bir sahibkarlıq subyektinə verilən kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 (on milyon) manatdan artıq ola bilməz.
Agentliyin kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.
Agentliyin vəsaiti (cəlb etdiyi kreditlər istisna olmaqla) hesabına verilən kreditlərin illik faiz dərəcəsi 1 (bir) faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.