III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək
    • 21-06-2023, 10:33
    • 146

III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Polşada təşkil edilən III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.

News24.az xəbər verir ki, tədbir Krakov şəhərində yerləşən “Henrik Reyman” stadionunda baş tutacaq.

Eyni zamanda, idmançılar 7 növdə mübarizə aparacaqlar. Azərbaycanın 6 atleti 3-cü Divizionda çıxış edəcək. Kaşqın Abbaszadə uzunluğa tullanmada, İsmayıl Əliyev disk atmada, Anna Yusupova 800 m, Elman Abışov 1500 m məsafəyə qaçışda, Yekaterina Sarıyeva üç təkanla tullanmada, Cavid Məmmədov isə 400 m məsafəyə maneələrlə qaçışda qüvvəsini sınayacaq.

Bu gün, həmçinin, padel yarışları da start götürəcək. Azərbaycan millisinin Nərminə Bağırova və Samirə Əliyevadan ibarət cütlüyü İtaliyanın Kiara Pappakena - Culia Sussarello cütünə qarşı çıxış edəcək.