-
- 24-07-2018, 16:50
- 1 068
"Ərəb turistlər Azərbaycanda avropalılardan daha çox pul xərcləyir" — Azərbaycan Turizm Assosiasiyasının sədri
"Azərbaycana gələn turistlər çox zaman aldadılır, restoranlarda düzgün xidmət göstərilmir. Bütün bunlara nəzarət edilməsi üçün dövlət tərəfindən mexanizm sistemi olmalıdır".
Bu fikirləri Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bildirib.
N.Bağırov deyib ki, sözügedən nöqsanları olmaması üçün turizm sahəsində lisenziyalara ehtiyac var:
"İndi çox adam lisenziya sözündən çəkinir. Əslində, turizm sahəsində fəaliyyət göstərən şirkətlərdən lisenziya tələb olunmalıdır, bir nəzarət mexanizmi olmalıdır. Bu mexanizm isə otellərə, taksi sürücülərinə və turizm şirkətlərinə şamil edilməlidir. Yəni, bu sahədə dövlət tərəfindən müəyyən mexanizm tətbiq olunmalıdır. Dünyanın hər yerində bu cür mexanizm mövcuddur. Əslində, Assosiasiya rəhbəri olaraq mən bunu deməməliyəm. İndi vəziyyət o yerə gəlib çatıb ki, məcburən mən də bunu söyləyirəm".
N.Bağırov qeyd edib ki, xarici turistlər üçün xüsusi restoranlar olmalıdır:
"Həmin restoranlar isə turistlərə görə məsuliyyət daşımalıdır, bilməlidir ki, sabah hər hansı problem olarsa, bunun mütləq cəzası olacaq və sairə. Əgər biz ölkədə turist görmək istəyiriksə, o zaman bu sahə ilə yaxından maraqlanmalıyıq".
İdarə Heyətinin sədri bildirib ki, Azərbaycanda hələ də turistlərin qədri bilinmir:
"Çox təəssüf ki, biz hələ də turistlərin qədrini bilmirik. Bəzən elə fikir formalaşdırırlar ki, guya ərəb turistlər yaxşı deyil və sairə. Bu cür yanaşma doğru deyil. Turistləri bölmək lazım deyil. Turist turistdir, bunun fərqi yoxdur. Ərəb turistlərin hərəkətlərinə də normal yanaşmaq lazımdır. Bu, dünyanın hər yerində var. Biz bu cür hallara da hazır olmalıyıq. Yəni, heç kəs əvvəlcədən zəmanət verə bilməz ki, Azərbaycana gələn turistlərin hamısı yüksək səviyyəli olacaqlar. Bunun üçün müxtəlif ulduzlu otellərimiz var".
N.Bağırov təəssüflə deyib ki, Azərbaycanda ərəb turistlərə gəlir yeri kimi baxan insanların sayı artıb:
"Turistləri aldadan insanlarımızın sayı çoxdur. Nə qədər taksi sürücülərimiz və turizm şirkətləri var ki, onlar turistləri aldatmağa çalışırlar. O gün bir nəfər zəng edib deyir ki, Fəvvarələr Bağında turistləri günəşdən qoruyan adamlar fəaliyyət göstərir. Yəni, insanlar turistlərə özlərinə asan pul qazanmaq yolu kimi baxırlar. İndi qeyri-peşəkar ərəb dili xidmətləri fəaliyyət göstərir. Halbuki, onların heç bir elmi, təhsili və səviyyəsi yoxdur. Onların məqsədi heç də Azərbaycanı tanıtmaq deyil. Onların fikri-zikri turistləri aldadıb, pulunu almaqdır. Əksəriyyəti ərəblərə pul yeri kimi baxır. Halbuki, ərəb turistləri dünyanın ən yaxşı turistləri hesab olunur. Sadəcə olaraq bundan düzgün istifadə etmək lazımdır. Ona görə də turistlərə ərəblərə və sairə yerə bölmək olmaz. Ərəblərin içərisində o qədər səviyyəli turistlər var ki, biz ancaq pisdən yapışırıq. Ərəblərin yaxşısından da danışmaq lazımdır. Ərəb turistlər gəlib burada yaxşı pul xərcləyir, rayonlarımıza gedib-gəlir, orada qalırlar. Ancaq hansı avropalı turist bölgələrimizə gedib pul xərcləyir? Avropalı turistlər pul xərcləmirlər, onlar öncədən konkret proqram qururlar və ona uyğun hərəkət edirlər. Daha ərəb turistlər kimi gəlib burada alış-veriş etmirlər, bölgələrimizə getmirlər, yolboyu restoranlarda oturmurlar. Kimsə bölgələrimizə gedən zaman yolboyu olan restoranlarda hər hansı avropalı turisti görübmü? Xeyr, görə bilməz. Ancaq orada ərəb turistlər çox olur. Avropalı turistlər daha çox Bakıya gəlirlər. Ancaq ərəb turistlər ölkəmizin bütün regionlarına gedirlər".
//Ölkə.Az