"Apple" "iPhone" üçün dəyişiklik etdi - FOTO
    • 21-06-2023, 12:55
    • 684

"Apple" "iPhone" üçün dəyişiklik etdi - FOTO

“Apple” şirkəti “iOS” əməliyyat sistemi üçün olan “App Store”un dizaynında dəyişiklik edilib. 

News24.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib. 

“App Store”un "Bu gün" bölməsində reklamlar təkliflər siyahısının ən əvvəlində görünəcək. 

"Bu gün" bölməsinin ilk sırasında hələ də "App Store"-un seçilmiş tətbiqləri göstərilir. 

Yenilik iyul ayında "iOS"-un 16.4 və ya daha yeni verisiyaları ilə  işləyən iPhone-larda xidmət göstərməyə başlayacaq.

Qeyd edək ki, "App Store"-un "Bu gün" bölməsində reklam ötən il ortaya çıxıb və demək olar ki, dərhal orada qumar və kazinoların reklamları yer alıb.

İstifadəçilərdən gələn tənqidlərə görə," Apple" belə reklamların göstərilməsini dayandırıb.