-
- 17-11-2018, 16:20
- 771
Belarusdan Paşinyana sərt cavab: “Bu sənə küçə demokratiyası deyil”
"Böyük siyasətdə küçə demokratiyası yox, diplomatik protokol qaydalarına uyğun hərəkət etmək lazımdır".
Bunu Belarusun xarici işlər nazirliyinin mətbuat katibi Anatoliy Qlaz Nikol Paşinyanın Belarus prezidentinin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.
“Görünür, Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan özünü beynəlxalq prokuror sayır”, - deyə Anatoliy Qlaz deyib.
Belarus diplomatın fikrinə görə, belə bir davranış KTMT-nin keçmiş baş katibi, Ermənistanın vətəndaşı Yuri Xaçaturova qarşı sərgilənə bilər. Amma beynəlxalq və dövlətlərarası münasibətlərdə dəqiq protokol və etiket qaydaları hökm sürür.
“Görünür, Paşinyan hələ də başa düşməyib ki, böyük siyasətdə küçə demokratiyası qaydaları keçmir. Təəssüf, ümid edirik ki, zamanla bu keçəcək”, - deyə Qlaz əlavə edib.
Qeyd edək ki, Paşinyan 16 noyabr tarixində jurnalistlərlə söhbətində bəyan edib ki, Belarus prezidentindən Azərbaycanla KTMT-dəki vəziyyəti müzakirə etdiyi üçün hesabat tələb edəcək. Paşinyan hesab edir ki, Lukaşenko bağlı qapılar arxasında keçirilən iclasın detallarını bu təşkilata üzv olmayan ölkəyə danışmamalı idi.