Polşa Ukraynaya 14 ədəd "Leopard 2" tankı göndərir
    • 22-02-2023, 11:38
    • 226

Polşa Ukraynaya 14 ədəd "Leopard 2" tankı göndərir

Varşava ukraynalı hərbçilərin təlimi başa çatdıqdan iki-üç həftə sonra Kiyevə 14 "Leopard 2" tankı tədarük edəcək.

News24.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib.

Onun sözlərinə görə, Polşa hakimiyyəti də Ukraynaya qırıcı təyyarələrin göndərilməsinin tərəfdarıdır, lakin bunun üçün NATO ölkələrinin razılığı lazımdır.

Teymur MƏMMƏDOV