-
- 21-06-2023, 16:47
- 243
Bu qəsəbədə maydan sentyabra qədər su verilmir... — VİDEO
Hövsan qəsəbəsi dənizkənarı küçəsi, kondisioner bağlarının sakinləri su qıtlığından şikayətçidir.
News24.az Xəzər TV-yə istinadən bildirir ki, onların iddiasına görə, su may ayından sentyabr ayına qədər kəsilir. Bu illərdir ki, belə davam edir.
Sakinlər bildirir ki, yay fəsli boyunca suyu maşınla almağa məcburdurlar.
Hövsan sakinləri deyir ki, bizə heç bir məlumat verilmir, niyə il boyu normal gələn su məhz may ayında qəfildən birdənbirə kəsilir.
"Azərsu" ASC-nin Mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, həmin ərazidə əsasən vətəndaşların özlərinin çəkdiyi fərdi şəbəkələrdir, bu da yay aylarında suya tələbatın artdığı dövrdə su təchizatının pisləşməsinə səbəb olur.
Bununla bağlı Suraxanı rayon Su Kanal İdarəsi tərəfindən "Azərsu"ya müraciət olunub, eskiz hazırlanıb. Eskizə əsasən, həmin ərazidə təxminən 300 metr uzunluğunda 110 mm diametrində borularla gücləndirici xətt çəkiləcək.
Bundan sonra həmin ərazilər qrafik rejimlə su ilə təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.