-
- 22-06-2023, 11:34
- 290
Nazir icra başçısının oğlunu işdən çıxardı
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.
Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.
Qeyd edək ki, Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.