Bu xəritə ermənilərə ŞOK YAŞATDI: “Orada Ermənistanı tapsanız...” - VİDEO
    • 22-06-2023, 13:06
    • 537

Bu xəritə ermənilərə ŞOK YAŞATDI: “Orada Ermənistanı tapsanız...” - VİDEO

Azərbaycan dərsliklərində istifadə olunan Turan xəritəsi Ermənistanda böyük narahatlığa səbəb olub.

News24.az xəbər verir ki, buna səbəb xəritədə Ermənistanın təsvir olunmamasıdır. 

Sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə olunan xəritə onlara şok yaşadıb. Ermənistan mediası xəritəni böyük narahatlıq içərisində tirajlayır. “Hayeli” portalı yazır ki, “Bu, Azərbaycan dərsliyində yer alan Turan xəritəsidir. Ermənistanı burada tapsanız, sülhü də tapacaqsınız”.

Qeyd edək ki, “Şəkil 8. Türküstan” başlığı ilə dərc edilmiş xəritədə Saka türklərinin yaşadığı coğrafiyadan Türkiyənin yerləşdiyi Balkanlara qədər yerlər göstərilib. 

Akqabay