-
- 9-10-2019, 11:33
- 577
Ermənistanın mənimsədiyi torpaqlarımızın çoğrafiyasının əks olunduğu PORTAL FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilir.
News24.az xəbər verir ki, təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunub.
Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilib.
1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilib. Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer alıb. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilib, kəndlərin adları əlifba üzrə sıralanıb və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilib.
www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.
Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadı.
Teymur Məmmədov