Köndələnçay su anbarının quruduğu doğrudur? —  AÇIQLANDI
    • 22-06-2023, 14:59
    • 171

Köndələnçay su anbarının quruduğu doğrudur? — AÇIQLANDI

Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının quruduğuna dair iddialar yayılıb.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Riad Axundzadə bildirib ki, Köndələnçay su anbarının quruduğu iddiası əsassızdır.

"Hazırda anbarın baş suburaxıcı qurğusunda təmir işləri həyata keçirildiyindən anbardan su boşaldılmış, təmir işləri yekunlaşdıqdan sonra anbardakı su yenidən bərpa ediləcəkdir", - deyə o qeyd edib./day.az/