-
- 22-06-2023, 15:57
- 185
Avropa Oyunları: Azərbaycan ilk medalı rəsmiləşdirib
Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında ilk medalı rəsmiləşdirib.
News24.az “Report”a istinadən xəbər verir ki, 67 kq-da çıxış edən karateçi Tural Ağalarzadə B qrupundakı ikinci görüşündə də qələbə qazanaraq yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
O, əvvəlcə macarıstanlı Martial Tadissiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəlib. Ağalarzadə qrupdakı son görüşünü yunanıstanlı Dionisios Ksenosa qarşı keçirəcək.
Qadın karateçilərimiz isə III Avropa Oyunlarında mübarizəni dayandırıblar. 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova B qrupundakı üç qarşılaşmanın ikisində məğlub olub. İvet Qoranova (Bolqarıstan) və Cennifer Varninqə (Lüksemburq) uduzan idmançı Mariya Kernerə (Polşa) qalib gəlsə də, yarımfinala yüksələ bilməyib.
50 kq-dakı Fidan Teymurova A qrupunda Şara Vinnidin Hubrixi (Almaniya) üstələsə də, Serab Özçelik (Türkiyə) və Erminiya Perfetto (İtaliya) ilə bacarmayıb.