-
- 22-06-2023, 17:18
- 565
Bakıda DƏHŞƏT: Qayınata gəlinini oğlundan ayırmaq üçün gözlərinə uksus töküb kor etdi
Bakıda film kimi olay yaşanıb. 23 yaşlı qadına qayınatası və qaynı tərəfindən sui-qəsd cəhdi olunub. Hər iki şəxs qadının əl-qolunu tutub gözünə uksus töküb, kor ediblər. Xəsarət alan qadının sağ gözü cəmi 2 faiz görsə də, sol gözü tamamilə görmə qabiliyyətini itirib. Aidiyyəti qurumlar isə dəhşətli faktı gizlətməyə çalışır.
Bu iddia ilə Bizim.Media-ya Sabunçu rayon sakini 1999-cu il təvəllüdlü Tamara Nəzərova müraciət edib.
Dediyinə görə Nardaran qəsəbəsində yaşayan qayınatası Vahab Manafov, qayınanası Nəzakət Manafova və qayınları Murad və Manaf Manafovlar onu həyat yoldaşından, eləcə də 1 yaşlı övladından ayırmaq üçün dəfələrlə ölümə təhrik ediblər.
Baş tutmayanda isə məcburi şəkildə əl-qolu bağlanaraq gözlərinə kimyəvi məhlul tökülüb. Qadın sağ qalsa da, görmə qabiliyyətini itirib. Üstəlik azyaşlı övladından məhrum edilib.
Buradan meyitin çıxacaq...
Qadın dəhşətli olayı belə nəql edir:
“Mənim qeyri-rəsmi nikahda olduğum Maarif Manafovdan 1 yaş yarımlıq qız övladım var. 2018-ci ildə tanış olmuşuq və bir-birimizi çox sevdiyimiz üçün evlənmək istədik. Amma ailəsi heç cür razılıq vermirdi. Elə rəsmi nikaha da bu səbəbdən girə bilmədik. Bir müddət anamgildə, daha sonra kirayələrdə yaşadıq. Sonra ailəsi qəbul etdi və ötən ilin noyabrında evlərində yaşamağa başladıq.
Heç bir ay keçmədi yoldaşım narkotiklə tutuldu. Hazırda da Sabunçu Rayon prokurorluğunda istintaqı davam edir. Yoldaşım saxlanılandan sonra qayınatamgil üzərimə gəldi. Dəfələrlə uşağı qoyub getməyimi istədilər.
Mən balamsız heç yerə getməyəcəyimi desəm də, təhqir və təhdid etməyə başladılar. Hər gün söyüş və ölümlə hədələnirdim, dəfələrlə uksusu töküb içməyə məcbur edildim. “Uşağımı verməsəz, gedən deyiləm” dedim. “O zaman buradan meyitin çıxacaq” deyə şiddət davam etdi.
Aprelin 9-u qayınatamla qaynım yenə də mənə uksus içirməyə çalışdılar. İki dəfə məhlulu yerə dağıtdım. Üçüncü stəkanla dolu uksusu gətirdilər. Var gəl edib onların əlindən yaxa qurtarmağa çalışırdım, sürüyüb evə gətirdilər.
Qayınatam əllərimi tutdu, qaynım isə güclə məhlulu ağzıma tökdü. Fışqıranda məhlul gözümə, boğazıma və saçlarımın arxasına töküldü. Hadisə baş verəndə evdə qayınanam və kiçik qaynım da var idi. Onlar da bu dəhşətə müdaxilə etmədilər”.
Övladımı istəyirəm...
Tamara Nəzərova deyir ki, elə həmin gün 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdirilib və ağır yanıq xəsarətləri aldığı üçün 13 gün komada qalıb:
“Aprelin 20-si xəstəxanadan çıxdım. Hal-hazırda da xəstəxanaları gəzirəm. Həkimlər deyir ki, göz köçürülməlidir, bərpa yalnız o halda mümkün olacaq. Amma məni bu da narahat etmir. Övladımı istəyirəm. Onu 3 aydan çoxdur görmürəm. Bilirəm ki, o da mənsiz qala bilmir.
Uşaq sənədlərdə mənim üstümdədir, ata adı verilməyib.
Buna baxmayaraq onu zorla məndən ayırıblar. Övladımın geri qaytarılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdim. Qərar çıxarıldı ki, bir ay müddətində övladımı görə bilərəm. Amma qarşı tərəf buna da imkan yaratmadı və uşağımı bir gün belə görə bilmədim. Onun həsrətilə yaşamaq çətindir”.
Tamara Nəzərovanın sözlərinə görə, başına gətirilən bəlalardan yoldaşının da xəbəri var. Amma ona qayınataısı tərəfindən yalnış və yalan informasiyalar verilib:
“Qayınatamgil yoldaşıma deyiblər ki, guya evə oğlan gətirdiyim üçün məni evdən çıxarıblar. Bunu da araşdıra bilərlər. Qayınatamgilin evi 4 ədəd kamera ilə əhatə olunur. Üstəlik qapı kodla açılır və o şifrəni hər adam bilmir. Yəni o evə və həyətə girmək mümkünsüzdür. Yoldaşım mənə inanır. Sadəcə atasından qorxduğu üçün ona heç nə deyə bilmir”.
Qurumlar niyə hərəkətə keçmir?
Şikayətçi faktla bağlı Sabunçu rayon Polis İradəsinin 14 və 42-ci bölmələrinə, Sabunçu Rayon Prokurorluğuna, övladına qovuşmaq üçün isə İnsan hüquqları Müvəkkilinə (Ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Sabunçu Rayon icra Hakiyyətinə, eləcə də Azərbaycan Uşaqlar birliyinə müraciət edib.
Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə baş verən gün xəstəxanada olublar və məsələni nəzarətə götürüblər. Hətta gözləri yanan qadın ekspertizadan keçirilib və ağır yaralarının olduğu barədə rəy verilib. Amma Tamara Nəzərovanın şikayətçi olduğu şəxslər barədə cinayət işi açılmır. Nə də bu barədə qadına məlumat verilir.
Məsələ ilə bağlı Baş Prokurorluğa və Daxili İşlər Naziliyinə sorğu göndərsək də, hər iki qurumdan hələki heç bir açıqlama verilməyib.
Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyindən (TƏBİB) isə Bizim.Media-ya məsələnin araşdırıldığı bildirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, Tamara Nəzərova övladının ona verilməsi ilə bağlı mayın 31-də onlara rəsmi müraciət edib.
Komitə məsələni araşdıraraq qadının müraciətini iyunun 5-i Daxili İşlər Nazirliyinə, Vəkillər Kollegiyasına və Sabunçu Rayon icra Hakimiyyətinə göndərib:
“Vətəndaşa həmin qurumlar məəlumat verməlidir. Əgər məlumat verilməyibsə, növbəti dəfə bizə müraciət edə bilər”, - deyə Teymur Mərdanoğlu qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ruhəngiz Əliyeva Bizim.Media-ya bildirib ki, uşaq ananın üzərindədir və nənə ilə babanın azyaşlını saxlamağa hüququ yoxdur:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Tamara Nəzərova ilə bağlı məktub gəlmişdi. Mən qadını çağırdım və söhbət etdim. O xanım həqiqətən də məişət zorakılığına məruz qalıb. Boynunda, boğazında yanıq izləri var idi, gözləri görmürdü. İzah etdi ki, qayınatası tərəfindən zorakılığa məruz qalıb. Azyaşlı övladını əlindən alıb xanımı evdən qovublar.
Söhbət əsnasında öyrəndim ki, heç atalıq müəyyən olunmayıb. Uşağa doğum haqqında şəhadətnamə veriləndə ananın üzərinə qeydiyyata salınıb. Biz isə polis əməkdaşları ilə Vahab Manafovun evinə səfər etdik. Qapını bizə açmadılar. Qadın həqiqətən də zorakılığa məruz qalıb. Polis İdarəsində bu xanıma mühafizə ordeni verildi”.
Qurum rəsmisinin sözlərinə görə uşağın anasına qaytarılmasında köməklik göstərmələri üçün Sabunçu Rayon Polis İdarəsinə məktubla müraciət ediblər:
“Atalıq müəyyən olunmadığı üçün nənə və baba o uşaq üçün yad bir insan hesab olunurlar. Bu, həm də uşaq oğurluğu hesab edilir. Bizim səlahiyyətimiz çərçivəsində qadına kömək etməyə çalışırıq. Amma mən inanmıram ki, bu xanımın işinə baxılmamış qalsın. Qadının övladını geri almaq hüququ var. Nənə və babanın uşağın doğmaları olduğunu təsdiq edən hər hansı sənəd olmadığına görə azyaşlı anasına verilməlidir”.
Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.