Ana qızını oğlunun gözü qarşısında diri-diri yandırdı
    • 20-02-2023, 19:30
    • 282

Ana qızını oğlunun gözü qarşısında diri-diri yandırdı

Altay diyarında ana bir il yarımlıq qızını səkkiz yaşlı oğlunun gözü qarşısında diri-diri yandırıb. 

Qadın saxlanılıb, azyaşlının xüsusi amansızlıqla qətlə yetirilməsi maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, fevralın 20-də günorta saatlarında Sovet rayonunun Urojaynoye kəndində yerli sakin bir yaş yarımlıq qızını anbara gətirib. Qıza yanar maye tökən ana 8 yaşlı oğlunun gözü qarşısında onu yandırıb və hadisə yerindən qaçıb. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müstəntiqlər müəyyən ediblər ki, ailə qeyri-funksional kimi qeydiyyatdadır, bu ilin yanvarında məhkəmə qadının valideynlik hüququnu məhdudlaşdırıb.

/Lent.az/