Mask Zukerberqi MMA qaydalarına uyğun döymək istəyir
    • 23-06-2023, 08:56
    • 168

Mask Zukerberqi MMA qaydalarına uyğun döymək istəyir

Amerikalı milyarder İlon Mask "Meta" şirkətinin sahibi Mark Zukerberqlə vəd etdiyi döyüşün MMA (qarışıq döyüş sənəti) qaydalarına uyğun keçirilməsini istəyib.

News24.az xəbər verir ki, Mask bu barədə "Twitter" hesabında yazıb. 

"Twitter istifadəçilərindən biri Zukerberqin Jiu-Citsu üzrə kəmərinin olduğunu və Maskla məhz bu döyüşdə qarşı-qarşıya gəlməli olduqlarını yazıb. Həmin şəxs bunun hadisələrin gedişatını daha da əyləncəli edəcəyini bildirib. 

İlon Mask isə istifadəçiyə "MMA-nın bütün qaydalarına uyğun edək" cavabını verib. /Ren Tv/