BMT Rusiya ordusunu qara siyahıya saldı
    • 23-06-2023, 09:46
    • 127

BMT Rusiya ordusunu qara siyahıya saldı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada uşaqları öldürdüyü və bir çox ciddi qanun pozuntularına yol verdiyi üçün Rusiya ordusu və onun silahlı qruplarını qara siyahıya salıb.

News24.az xəbər verir ki, Ukraynada Rusiya qüvvələri və onlara bağlı silahlı qruplar 477 uşağı öldürüb, 909 uşağı isə şikəst edib.

BMT-nin hazırladığı 2022-ci ilin yanvar-dekabr ayları üçün “İllik silahlı münaqişələrdə olan uşaqlar” hesabatı dərc olunub.

Hesabatda Rusiya silahlı qüvvələri və əlaqəli silahlı qrupların məktəblərə, xəstəxanalara hücumlar etdiyi və geniş mənzilli partlayıcı silahlardan, o cümlədən ağır artilleriya bombardmanları, raket sistemləri, raketlər və hava hücumları həayata keçirdiyi, xüsusən də əhalinin sıx məskunlaşdığı ərazilərdə uşaqları öldürdükləri üçün qara siyahıya salınıb.

Bildirilib ki, Rusiya qüvvələri və ona bağlı qruplar 477 uşağı öldürüb və 909 uşağı şikəst edib. Həmçinin Ukrayna silahlı qüvvələrinin isə 80 uşağı öldürdüyü və 175 uşağı şikəst etdiyi vurğulanıb.

Məlumata görə, Rusiya və Ukrayna qüvvələri 92 uşaqdan canlı qalxan və girov kimi, yaxud ev işləri və kəşfiyyat üçün istifadə etdiyi halda, bölgədəki  hava zərbələri nəticəsində 261 uşaq həlak, 212 uşaq isə əlil olub.

Rusiya qüvvələri 91 uşağı qaçırıb, 46 uşaq isə Ukraynadan Rusiyaya aparılıb.

Ukraynada məktəblərə 1163, xəstəxanalara isə 647 hücum qeydə alınıb. /NTV Türkiye/