Ukraynada 1600-dən çox hərbi obyekt məhv edildi
    • 3-03-2022, 11:09
    • 1 083

Ukraynada 1600-dən çox hərbi obyekt məhv edildi

Xüsusi əməliyyat başlayandan bu günə qədər Rusiya silahlı qüvvələri Ukraynada 1600-dən çox hərbi obyekti məhv edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib: "Əməliyyat zamanı ümumilikdə 1612 hədəf, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin 62 komanda məntəqəsi və rabitə mərkəzi, 39 S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri, 52 radar stansiyası vurulub. Həmçinin 49-u yerdə və 13-ü havada olan təyyarə, 606 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 227 səhra artilleriya qurğusu və minaatan, 405 xüsusi təyinatlı hərbi texnika, 53 pilotsuz uçuş aparatı da məhv edilib".